Onlayn ictimai-siyasi qəzet
ABŞ yaxın iki ayda xarici ölkələrdən 10 trilyon dollar investisiya cəlb edəcək.
Musavat.com xəbər verir ki, bu məlumatı ABŞ prezidenti Donald Tramp rəsmi səfərdə olduğu Qətərdə biznes nümayəndələri ilə görüşdə açıqlayıb.
Onun sözlərinə görə, heç bir ölkə belə nailiyyət əldə edə bilməyib:
"İki ay ərzində 10 trilyon dollar sərmayə cəlb edəcəyik. Dünyanın heç bir ölkəsi bu səviyyəyə yaxınlaşmayıb.
Mən böyük sərmayə qoyan Qətər əmiri Şeyx Təmim bin Həməd Al Taniyə təşəkkür etmək istəyirəm. Bütün bunların nəticəsi ABŞ-da iki, üç, bəlkə də dörd milyon iş yerinin yaradılması olacaq”.
Donald Tramp investisiyaların ABŞ-ın dövlət borcunu ödəməyə kömək edəcəyinə ümid etdiyini bildirib.
Qeyd edək ki, ABŞ-ın dövlət borcu hazırda 36,2 trilyon dolları ötür. Konqresin Büdcə Ofisi onun 2034-cü ildə 50 trilyon dolları keçə biləcəyini təxmin edir.
Musavat.com
15 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ