İnsanlara hürriyət, millətlərə istiqlal!

İlham Əliyevlə Nikol Paşinyan arasında görüş bitib - YENİLƏNİB-5

Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında Əbu-Dabidə görüş bitdi.

Məlumatı "Report"un Əbu-Dabiyə ezam olunmuş əməkdaşı verir.

@@TVmusavat/121095@@

****

Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan Baş naziri Nikol Paşinyanla təkbətək formatda görüşünə fasilə verilib./report

***

Əbu-Dabidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla təkbətək formatda görüşü keçirilir.

***

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında görüş start götürüb.

Musavat.com xəbər verir ki, tərəflər sülh müqaviləsinin yekun variantını müzakirə edirlər.

Görüşün keçirildiyi zalda RealTV-nin xüsusi müxbiri Vəfa Ağabalayeva da var. O, danışıqlar prosesinin startından ilk videoları yayımlayıb. Musavat.com həmin görüntüləri təqdim edir.

Xatırladaq ki, ABŞ bu görüşə birbaşa dəstək verir. Ekspertlər bildirirlər ki, yaxın həftələrdə yekun sülh sənədinin imzalanması ehtimalı ciddi şəkildə artıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR