İnsanlara hürriyət, millətlərə istiqlal!

İlon Mask rüsumlara görə tənəzzül xəbərdarlığı etdi – Ağ Ev qəti cavab verdi

Ağ Evin Milli İqtisadi Şuranın rəhbəri Kevin Hassett, İlon Maskın ABŞ Prezidenti Donald Trampın tətbiq etdiyi gömrük rüsumları səbəbilə 2025-ci ilin ikinci yarısında ölkə iqtisadiyyatında tənəzzül olacağına dair irəli sürdüyü fikirləri təkzib edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə o, keçirdiyi mətbuat konfransında danışıb.
“Rüsumlar tətbiq edilib, inflyasiya yavaşlayıb, əmək bazarında vəziyyət əladır, vergi güzəştləri isə hələ qüvvəyə minməyib. Bu, nəinki tənəzzül deyil, hətta 3%-lik iqtisadi artım da yox, bundan qat-qat yaxşı olacaq”, – deyə Hassett Fox News telekanalına verdiyi açıqlamada Maskın bəyanatını şərh edərkən bildirib.

Onun sözlərinə görə, təkcə may ayında ticarət rüsumları ABŞ iqtisadiyyatına təxminən 60 milyard dollar qazandırıb. “Bundan əlavə, ABŞ Konqresinin Büdcə İdarəsi yeni bir hesabat dərc edib. Həmin hesabatda göstərilir ki, növbəti on il ərzində rüsumlardan ümumilikdə 2,8 trilyon dollar gəlir əldə olunacaq”, – deyə o əlavə edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR