Onlayn ictimai-siyasi qəzet
ABŞ 1 noyabrdan 31 marta qədər Puerto Rikonun şərqindəki hava məkanını bağlayıb.
Musavat.com xəbər verir ki, bu, pilotlara verilən beynəlxalq NOTAM-dan aydın olur. Məqsəd olaraq xüsusi təhlükəsizlik tədbirlərini təmin etmək göstərilir. Qapalı dəhliz Amerikanın beşinci nəsil F-35 qırıcı təyyarələrinin yerləşdiyi Xose Aponte de la Torre Hava Limanından cənuba, Venesuelaya doğru beynəlxalq hava məkanına qədər uzanır.
Daha əvvəl The Miami Herald mənbələrə istinadən xəbər vermişdi ki, Donald Tramp administrasiyası Venesueladakı hərbi hədəflərə zərbə endirmək niyyətindədir və əməliyyat istənilən vaxt başlaya bilər: "Mənbələr The Miami Herald-a bildiriblər ki, Tramp administrasiyası Venesueladakı hərbi hədəflərə zərbə endirmək qərarına gəlib; hücumlar istənilən vaxt başlaya bilər".
Musavat.com
01 Noyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ