Onlayn ictimai-siyasi qəzet
İranın Qətərdəki ABŞ-ın Əl-Udeid aviabazasına endirdiyi raket zərbəsi ABŞ ordusuna məxsus W və ya X diapazonlu radarı məhv edib.
Musavat.com xəbər verir ki, məlumatı “Pars Today” peyk məlumatlarına istinadən yayıb. Bildirilir ki, belə radarlar erkən xəbərdarlıq sisteminin bir hissəsi kimi ballistik və qanadlı raketləri aşkar etmək üçün istifadə olunur.
Bu məlumatlar bazanın zədələnmədiyini elan edən ABŞ və Qətərin əvvəlki bəyanatları ilə ziddiyyət təşkil edir.
Əl-Udeiddə qeyd olunan radarın quraşdırılması 15 milyon ABŞ dollarına başa gəlib. O, bölgədəki CENTCOM komandanlığı, ABŞ və dünyanın digər qüvvələri arasında təhlükəsiz səs, video və məlumat rabitəsini təmin edirdi.
Peyk məlumatlarına görə, sistemin radioşəffaf günbəzi və antenası məhv edilib. Tramp əvvəllər bütün İran raketlərinin ələ keçirildiyini və onlardan birinin təhlükəsiz bölgəyə düşdüyünü bildirib.
İran rəsmiləri isə atılan 14 raketdən altısının ABŞ-ın Qətərdəki bazasını vurduğunu rəsmən bəyan ediblər.
Musavat.com
12 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ