Onlayn ictimai-siyasi qəzet
        Türkiyənin Balıkesir vilayətində 4,9 maqnitudalı zəlzələ baş verib.
Musavat.com xəbər verir ki, bu barədə Türkiyə Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, yerli vaxtla saat 15:35-də qeydə alınan zəlzələ İstanbul və İzmir başda olmaqla ətraf vilayətlərdə də hiss olunub.
Zəlzələnin episentri 11 kilometr dərinlikdə olub.
Balıkəsir valisi İsmayıl Ustaoğlu sosial şəbəkə hesabında zəlzələdən sonra açıqlama yayıb. O, paylaşımında qeyd edib:
“Sındırqıda 4,9 bal gücündə zəlzələ baş verib. AFAD və əlaqədar qurumlarımızın bütün komandaları dərhal vəziyyətin qiymətləndirilməsinə başlayıblar. Hər hansı mənfi hal qeydə alınmayıb. Bütün vətəndaşlarımıza keçmiş olsun!”
Musavat.com
04 Noyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ