Onlayn ictimai-siyasi qəzet
        Rusiyanın Nijni Novqorod vilayətinin Kstovo şəhərində gecə saatlarında pilotsuz uçuş aparatlarının hücumundan sonra “Lukoil” şirkətinə məxsus neft bazası və neft-kimya zavodu yerləşən sənaye zonasına yaxın ərazidə güclü yanğın baş verib.
Musavat.com xəbər verir ki, bu barədə yerli Rusiya mənbələri məlumat yayıb.
Məlumata görə, şəhər sakinləri bir neçə partlayış səsi eşidib və sənaye zonası üzərində parlaq alov sütunu müşahidə ediblər.
“Astra” layihəsinin apardığı video təhlilinə əsasən, yanğın sənaye zonasının cənub-şərq hissəsində - “SIBUR-Kstovo” və “Lukoil -Nijni Novqorodnefteorqsintez” müəssisələrinin yerləşdiyi ərazidə qeydə alınıb.
Qeyd olunur ki, “Lukoil-Nijni Novqorodnefteorqsintez” Rusiyanın ən iri neft emalı zavodlarından biri sayılır və Moskva regionunu yanacaqla təmin edir. “SIBUR-Kstovo” isə etilen, propilen, benzol və digər neft-kimya məhsulları istehsal edir.
Musavat.com
04 Noyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ