İnsanlara hürriyət, millətlərə istiqlal!

İran geri addım atır və bunlara hazırdır: Nazir Əraqçıdan mühüm açıqlamalar  

İran İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçı Yaxın Şərqdəki gərginliklə bağlı diqqətçəkən və kompromisə yönəlik açıqlamalar verib.

Musavat.com xəbər verir ki, o bildirib ki, əgər İsrail İrana qarşı hərbi və siyasi təzyiqləri dayandırarsa, Tehran da cavab zərbələrini dərhal dayandırmağa hazırdır.

“İsrail İslam Respublikasına qarşı təcavüzkar hərəkətləri dayandıracağı halda, İran da hərbi əməliyyatları dayandıracaq”, – deyə nazir vurğulayıb.

Əraqçı eyni zamanda nüvə məsələsinə də toxunaraq qeyd edib ki, İran beynəlxalq ictimaiyyətlə rəsmi saziş imzalamağa və bu saziş çərçivəsində nüvə silahı istehsal etməyəcəyinə dair zəmanət verməyə hazırdır:

“Bizim nüvə silahı əldə etmək niyyətimiz yoxdur. İran bu sahədə hüquqi və diplomatik öhdəlik götürməyə, nüvə silahı istehsal etməyəcəyinə dair rəsmi zəmanət verməyə hazırdır”.

Nazir bu bəyanatları ilə İranın həm regional sabitlik, həm də qlobal təhlükəsizlik baxımından danışıqlara və əməkdaşlığa açıq olduğunu nümayiş etdirməyə çalışıb.

Ekspertlər bu çıxışı Tehranın diplomatik mövqeyinin yumşaldılması kimi qiymətləndirirlər. Belə görünür ki, İran bölgədəki gərginliyin hərbi qarşıdurmaya çevrilməsini istəmir və Qərblə münasibətləri stabilləşdirmək üçün yeni diplomatik fürsətlər axtarır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR