İnsanlara hürriyət, millətlərə istiqlal!

İran raketləri Təl-Əvivdə ən azı 7 hədəfi vurub – Üçüncü dalğa yoldadır

Musavat.com xəbər verir ki, ABŞ-ın nüfuzlu “The New York Times” nəşri İsrail rəsmisinə istinadla dramatik açıqlama yayıb.

Məlumata görə, İranın həyata keçirdiyi raket hücumu nəticəsində Təl-Əviv şəhərində ən azı yeddi hədəf vurulub.

Hücumun miqyası və dəqiqliyi İsrailin hava hücumundan müdafiə sistemlərinin təsirinə baxmayaraq, ciddi narahatlıq doğurub. Raketlərin hansı obyektləri hədəf aldığı barədə ətraflı məlumat hələlik açıqlanmasa da, zərbələrin nəticələrinin ciddi olduğu vurğulanır.

Eyni zamanda, İranın rəsmi xəbər agentliyi İRNA daha bir mühüm xəbəri yayıb. Məlumata görə, raketlərin üçüncü dalğası artıq İsrailə doğru yoldadır. Agentlik bu hücumu Tehranın cavab tədbirləri çərçivəsində həyata keçirdiyini bildirir.

Xatırladaq ki, son günlər İranla İsrail arasında gərginlik sürətlə artmaqda davam edir və bu hərbi əməliyyatların regional qarşıdurmaya çevrilmək riski real olaraq qalır.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR