Onlayn ictimai-siyasi qəzet
İran yaxın zamanda Rusiyaya "Fath-360" balistik raketlər üçün buraxılış qurğuları göndərəcək.
Musavat.com xəbər verir ki, "Reuters"in mənbələrinə görə, İran artıq keçən il Rusiyaya balistik raketlər göndərib və bu raketlər Ukraynaya qarşı müharibədə istifadə ediləcək.
"Fath-360" raketlərinin maksimal mənzili 120 km-dir və bu, Rusiya ordusuna Ukraynanın sərhəd bölgələrindəki hərbi obyektləri və yaşayış məntəqələrini hədəf almağa imkan verəcək. Məlumatda bildirilir ki, buraxılış qurğularının artıq Rusiyaya göndərilməsi gözlənilən bir addım olaraq qeyd edilib.
ABŞ daha əvvəl İranın raketləri Rusiyaya doqquz gəmi vasitəsilə göndərdiyini və bu gəmi və yükün sanksiya altına alındığını açıqlamışdı. Lakin "buraxılış qurğuları"nın əvvəlki yükə daxil olmadığı bildirilib.
Musavat.com
10 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ