Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, NATO-nun yeni baş katibi Mark Rutte bu gün verdiyi açıqlama ilə beynəlxalq medianın diqqətini üzərinə çəkib.
O, səhər saatlarında ABŞ Prezidenti Donald Trampı dolayısı ilə “ata” adlandırıb və bu ifadəsi diplomatik dairələrdə qalmaqala səbəb olub.
Sonradan özünün əlavə verdiyi izahata görə Rutte-nin sözləri belə olub:
“Dedim ki, bu, bir az uşağın atasından soruşmasına bənzəyir: ‘Hey, hələ də bizimləsən, ailədə qalırsan?’ Bu mənada mən ‘ata’ sözünü işlətdim. Lakin prezident Trampa birbaşa ‘ata’ demədim”.
Baş katibin bu bənzətməsi Trampın NATO-nun gələcəyi ilə bağlı sərt tələbləri fonunda səsləndirilib. Xüsusilə Trampın Avropalı müttəfiqlərdən daha çox maliyyə və hərbi töhfə gözləməsi, təşkilat daxilində gərginlik yaratmışdı. Rutte-nin “ata və ailə” bənzətməsi isə, bir çox siyasi müşahidəçiyə görə, Trampın təşkilatdakı dominant rolunu etiraf kimi şərh edilib.
Hadisə qısa zamanda sosial şəbəkələrdə trendə çevrilib. Rutte sonradan jurnalistlərə açıqlama verərək fikrinin yanlış başa düşüldüyünü və “Trampa birbaşa ata demədiyini” qeyd edib.
Bununla belə, NATO tarixində ilk dəfə bir baş katibin ABŞ prezidentinə “ata” metaforası ilə müraciət etməsi qlobal siyasi simvollar baxımından yadda qaldı.
Musavat.com
26 Iyun 2025
25 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ