Onlayn ictimai-siyasi qəzet
İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) taleyi yaxın həftələrdə həll edilməlidir.
Musavat.com xəbər verir ki, bunu NATO sammitindən sonra jurnalistlərə Fransa prezidenti Emmanuel Makron deyib.
"Bir neçə həftədən sonra JCPOA-nın hələ də mövcud olub-olmadığına qərar verməliyik. Formal olaraq, plan hələ də mövcuddur, onun üçün son tarixlər hələ də davam edir, lakin bu yay qərar verilməlidir", - deyə Fransa lideri bildirib.
Onun sözlərinə görə, Qərb tərəfdaşları İranın nüvə problemi ilə bağlı diplomatik və texniki işi bərpa etməlidir.
"MAQATE mühüm rol oynayacaq. ABŞ, Aİ və İran artıq bu məsələ ilə bağlı təmasdadır", - Makron bildirib.
Daha sonra iyunun 25-də Makron Yelisey sarayında MAQATE-nin baş direktoru Rafael Qrossi ilə İranın nüvə proqramını müzakirə etmək niyyətindədir.
Musavat.com
26 Iyun 2025
25 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ