İnsanlara hürriyət, millətlərə istiqlal!

İranın raket zərbəsindən sonra Hayfa neft emalı zavodu fəaliyyətini dayandırdı

Musavat.com xəbər verir ki, Jerusalem Post qəzetinin yaydığı məlumata görə, İranın raket hücumları nəticəsində İsrailin Hayfa şəhərində yerləşən əsas neft emalı zavodu fəaliyyətini müvəqqəti olaraq dayandırıb.

Mənbəyə əsasən, zavodun enerji təminatını həyata keçirən elektrik stansiyası zərbələrdən ciddi ziyan görüb. Bu səbəbdən müəssisədə istehsal prosesi tamamilə dayandırılıb. 

Ekspertlər hadisənin İsrailin enerji təhlükəsizliyinə və daxili yanacaq təchizatına ciddi təsir edə biləcəyini bildirirlər.

Rəsmi Tel-Əviv hələlik məsələ ilə bağlı geniş açıqlama verməyib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR