Onlayn ictimai-siyasi qəzet
Ermənistanın Baş naziri Nikol Paşinyan və İran Prezidenti Məsud Pezeşkian arasında təkbətək formatda danışıqlar başa çatıb.
Musavat.com xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Qeyd olunur ki, danışıqlar təxminən 1,5 saat davam edib.
Hazırda onlar mətbuata birgə bəyanatlarla çıxış edirlər.
****
İrəvanda Ermənistanın Baş naziri Nikol Paşinyan ilə İran Prezidenti Məsud Pezeşkiyan arasında rəsmi görüş başlayıb.
Musavat.com xəbər verir ki, görüşdə iki ölkə arasında siyasi, iqtisadi və mədəni əməkdaşlıq məsələlərinin geniş spektri müzakirə olunur.
Danışıqların gündəliyinə enerji, ticarət, nəqliyyat və turizm sahələrində əməkdaşlıq, həmçinin regional təhlükəsizlik və qarşılıqlı maraqların qorunması mövzuları daxildir.
Tərəflər həmçinin regional inteqrasiya layihələri və investisiya imkanlarını da əhatə edən 10 memorandumun imzalanmasını planlaşdırır.
Musavat.com
19 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ