Onlayn ictimai-siyasi qəzet
İsmayıllıda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Eldar Abbasov və Əcəb İsmayılovu saxlanılıb.
Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyinin (DİN) Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, onlardan ümumilikdə 65 ədəd çətənə bitkisi və 5 kiloqrama yaxın marixuana aşkarlanıb. Saxlanılanların narkotik tərkibli bitkiləri qazanc əldə etmək məqsədilə əkdikləri və aqrotexniki qaydada qulluq göstərdikləri müəyyən olunub.
Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar aparılır.
07 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ