Onlayn ictimai-siyasi qəzet
Bu gün Vatikanın Sikstin Kapellasının damındakı bacadan qara tüstünün qalxması kardinal seçicilərin ilk səsvermədə yeni Roma Papasını seçə bilmədiklərini göstərdi.
Musavat.com xəbər verir ki, qara tüstü, papa seçiminin uğursuz alındığını rəmzi olaraq bildirir.
Sabahdan başlayaraq gündə maksimum dörd dəfə səsvermə keçiriləcək. Yeni Papa seçildiyi anda isə bacadan ağ tüstü qalxacaq və bu, uzun illər davam edəcək yeni dövrün başlandığı anlamına gələcək.
Qeyd edək ki, Papa seçkisi zamanı səsvermə prosesi tam məxfi şəkildə aparılır və yalnız seçkidə iştirak edən kardinallar konklavda iştirak edə bilir.
Musavat.com
09 May 2025
08 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ