İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur müğənnidən müəmmalı paylaşım - FOTO

Ukraynalı müğənni, "NeAngely" qrupunun keçmiş solisti Slava Kaminskaya sosial şəbəkədə maraqlı paylaşımı ilə diqqət çəkib.

Musavat.com xəbər verir ki, müğənni Kanar adalarında çəkildiyi bir fotonu yayımlayıb. Şəkildə onun yanında keçmiş Ukrayna prezidenti Viktor Yanukoviçə bənzəyən bir şəxs yer alır.

"Kanarda necə adamlar var..." – deyə sənətçi paylaşımına yazıb.

Qeyd edək ki, 2014-cü ildə devrildikdən sonra Rusiya Federasiyasına qaçan Yanukoviçin Avropa İttifaqı ərazisinə səfər etdiyi ilə bağlı indiyədək heç bir məlumat yayılmayıb. Bu foto isə sosial şəbəkələrdə müzakirələrə və fərziyyələrə səbəb olub. Hazırda fotodakı şəxsin həqiqətən Yanukoviç olub-olmadığı rəsmi təsdiqini tapmayıb. 

 

Musavat.com

photo_2025-06-24_23-57-51.jpg (87 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Iyun 2025

24 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR