İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın namizədi: Ukraynaya dəstəyi davam etdirməliyik

ABŞ prezidenti Donald Trampın ABŞ-ın Avropa Komandanlığının rəhbəri və Müttəfiq Qüvvələrin Avropadakı Ali Komandanı vəzifəsinə namizədi Ukraynanın Rusiya ilə müharibədə qalib gələ biləcəyinə inandığını bildirib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, ABŞ Hərbi Hava Qüvvələrinin general-leytenantı Aleksus Qrinkeviç ABŞ Senatında təsdiqləmə dinləmələri zamanı deyib: "Məncə, Ukrayna qalib gələ bilər. Düşünürəm ki, vətəniniz hər dəfə təhlükə altında olanda, siz bizim üçün təsəvvür etmək çətin olan mətanətlə vuruşursunuz. Çünki biz sizinlə eyni vəziyyətdə deyilik".

Amerika generalı qeyd edib ki, Ukrayna Rusiyanın təcavüzünə qarşı “inanılmaz iş” görür. Rus qoşunlarının irəliləməsi kiçik olsa da, onlar üçün böyük itkilərlə nəticələnir: “Düşünürəm ki, biz Ukraynaya belə yaxşı müqavimət göstərməyə imkan verən dəstək üçün səyləri davam etdirməliyik”.
O, həmçinin əlavə edib ki, İran Rusiyanı pilotsuz təyyarələrlə təmin edib, bu, çoxlu sayda insan tələfatına səbəb olub və bu əməkdaşlığa ciddi nəzarət edilməlidir. Bundan əlavə, Qrinkeviç xatırladıb ki, Şimali Koreya hərbçiləri Rusiyanın Ukraynaya qarşı müharibəsində iştirak edib, Çin isə bu “qrupa” iqtisadi dəstək verir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Iyun 2025

24 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR