Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Ağ Ev CNN-in İranın nüvə obyektlərinə endirilən zərbələrin effektiv olmadığı, əsas infrastrukturun məhv edilmədiyi və nüvə proqramının cəmi bir neçə ay gecikdiyi barədə xəbərinə sərt reaksiya verib.
Məsələ ilə bağlı açıqlama verən ABŞ müdafiə naziri Pete Hegseth yayımlanan hesabatı qəti şəkildə təkzib edib: “Bu, tamamilə yalandır və reallığı əks etdirmir. Biz zərbələr zamanı strateji hədəfləri dəqiq şəkildə vurmuşuq”.
Qeyd edək ki, CNN-in istinad etdiyi ABŞ kəşfiyyatına dair ilkin hesabatda Fordo nüvə obyektinin dərinliklərində yerləşən qurğuların zərbələrdən təsirlənmədiyi və İranın nüvə imkanlarının qısa müddətə bərpa oluna biləcəyi bildirilirdi.
Musavat.com
25 Iyun 2025
24 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ