İnsanlara hürriyət, millətlərə istiqlal!

16 yaşlı qızı qaçırmaqda ittiham olunan din xadimi vəzifəsindən azad edildi

Abşeron rayonunun Aşağı Güzdək qəsəbə məscidində imam müavini vəzifəsində çalışan Turab Əliqan oğlu Tahirov tutduğu vəzifədən azad olunub.

Musavat.com xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, bu qərar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Kollegiyasının 2022-ci il 22 aprel tarixli qərarı ilə təsdiqlənmiş "İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası"nın 8.1.9-cu bəndinə əsasən verilib.

Həmin bəndə görə, din xadimi mənəvi dəyərlərə, etik-əxlaqi prinsiplərə və din xadiminin fəaliyyətinə zidd hərəkətlərə yol verdikdə, vəzifəsindən uzaqlaşdırıla bilər.

Xatırladaq ki, Turab Tahirovun adı 16 yaşlı qızın qaçırılması ilə bağlı iddialarda hallandırılırdı.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Iyun 2025

24 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR