Onlayn ictimai-siyasi qəzet
ABŞ kəşfiyyatının ilkin qiymətləndirməsinə görə, ABŞ-ın İranın nüvə obyektlərinə endirdiyi son zərbələr gözlənilən nəticəni verməyib.
Musavat.com xəbər verir ki, CNN-in əldə etdiyi məlumatlara əsasən, bu zərbələr İranın nüvə proqramının əsas komponentlərini məhv edə bilməyib və proqramı cəmi bir neçə ay gecikdirib.
İlkin hesabatlarda qeyd olunur ki, Fordo nüvə obyektinin ən dərin qatında yerləşən qurğular tam sağlam vəziyyətdə qalıb. Digər zədələnmiş sahələrin isə qısa müddət ərzində bərpa ediləcəyi bildirilir.
Qeyd edək ki, ABŞ-ın bu əməliyyatı İranın nüvə imkanlarının məhdudlaşdırılması məqsədi daşıyırdı.
Musavat.com
25 Iyun 2025
24 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ