İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail Beyrutda Hizbullaha ağır zərbə endirdi – PUA zavodları vuruldu

İsrail Hərbi Hava Qüvvələri Beyrutun cənub ətrafındakı Dahiya bölgəsində pilotsuz uçuş aparatları (PUA) zavodlarına və onlarla birlikdə olan anbarlara zərbələr endirib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrael Kats X hesabında qeyd edib. Onun sözlərinə görə, zərbələr Hizbullah terror təşkilatı tərəfindən pilotsuz uçan aparatların istehsalı və saxlanması üçün istifadə edilən binalara endirilib. Kats bu hərəkətlərin İsrail və Livan arasında atəşkəsi qorumaq məqsədi daşıdığını qeyd edib: “Biz güzəştə getmədən atəşkəs rejimini təmin etməyə davam edəcəyik və tərəflərdən heç birinin İsrailin şimal yaşayış məntəqələrinə və İsrail dövlətinin bütün vətəndaşlarına təhlükə yaratmasına imkan verməyəcəyik”. Eyni zamanda, o, baş verənlərə görə məsuliyyəti Livan hakimiyyətinin üzərinə qoyub: "Biz Livan hökumətini atəşkəs rejiminin pozulmasının və İsrail dövlətinə qarşı yönəlmiş istənilən terror fəaliyyətinin qarşısını almaq üçün birbaşa məsuliyyət daşıdığını hesab edirik".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyun 2025

06 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR