Onlayn ictimai-siyasi qəzet
İranın hücumları nəticəsində İsrailin Ben Qurion Universitetinə məxsus 6 tədqiqat laboratoriyası tamamilə dağıdılıb, daha 9-na isə ziyan dəyib. Bununla bağlı “Times of İsrael” qəzeti Ben Qurion Universitetinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, universitet dəyən ziyanı heablamaqla məşğuldur. Biologiya və tibb sahəsində bir neçə il ərzində üzərində işlənən layihələr vurulan laboratoriyalarda məhv olub. Bundan başqa universitetin 50 işçisinin və 48 tələbəsinin evinə maddi ziyan dəyib.
“Biz Fordonu vurduqdan sonra İsrail vəziyyəti yoxlamaq üçün öz agentlərini ora göndərib. Onlar Fordonun tamamilə dağıdıldığını təsdiqləyiblər”.
ABŞ Prezidenti Donald Tramp Haaqada keçirilən NATO sammiti çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
“Məncə iranlıların Fordodan nələri isə təxliyə etmək imkanı olmayıb. Çünki biz çox cəld hərəkət etdik. Bombalar dəqiqliklə lazım olan yerlərə düşdü. Həqiqətən qüsursuz əməliyyat idi. İsrail hazırda məsələ ilə bağlı hesabat hazırlayır”, - Tramp vurğulayıb.
Qeyd edək ki, iyunun 22-də ABŞ İrana məxsus üç nüvə obyektinə hava zərbələri endirib.
TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu gündəmi siyasi ekspert Mehman İsmayılovla müzakirə edir.
https://www.facebook.com/tvmusavat
https://www.youtube.com/@musavattv
25 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ