İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrailin ən böyük qaz yatağında hasilat dayandırıldı

İranın mümkün cavab zərbələri təhlükəsi fonunda İsrail Energetika Nazirliyi ölkənin ən böyük qaz yatağı olan Leviafan-da hasilatı dayandırıb.

Musavat.com xəbər verir ki, məlumatı Bloomberg yayıb.

Bildirilir ki, İsrailin Energetika Nazirliyi Chevron Corp tərəfindən idarə olunan Leviathan dəniz yatağında qaz hasilatının müvəqqəti dayandırılması barədə göstəriş verib. Qərar İsrailin İrana zərbə endirməsi və Tehranın mümkün cavabından sonra təhlükəsizlik səbəbi ilə qəbul edilib.

Bu, səlahiyyətlilərin tələbi ilə bağlanan ilk yataq deyil. Nazirliyin tələbi ilə bundan əvvəl Energean Plc Karış yatağında hasilatı dayandırmışdı. Hər iki yataq daxili tələbatı təmin edir və qazı qonşu ölkələrə, o cümlədən Misir və İordaniyaya ixrac etməyə imkan verir.

Eyni zamanda İsrailin Energetika Nazirliyinin məlumatına görə, “Chevron”a məxsus “Tamar” adlı digər qaz yatağı fəaliyyətini davam etdirir.

Qaz tədarükünün azalması regiona, xüsusən də yayın istiləri səbəbindən enerjiyə tələbatın artdığı Misirə mənfi təsir göstərə bilər. Qahirə maye qazın alışını vaxtından əvvəl artırmalı ola bilər ki, bu da qaz müqavilələrinin qiymətini artıracaq.

Qaz bazarı artıq İsrail hakimiyyətinin qərarına və İrana zərbələrinə cavab verib və bu günkü hərraclarda 6,6 faiz bahalaşıb.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR