Onlayn ictimai-siyasi qəzet
İran KİV-lərinin məlumatına görə, bu gün İsrailin İrana qarşı həyata keçirdiyi hücumlar nəticəsində ölkənin nüvə proqramında çalışan altı tanınmış alim həlak olub.
Musavat.com xəbər verir ki, hücumlar İranın müxtəlif bölgələrində yerləşən strateji obyektlərə və elmi mərkəzlərə yönəlib.
Həlak olan nüvə alimlərinin adları aşağıdakılardır:
Abdolhəmid Minuçehr – Şəhid Bəheşti Universitetinin Nüvə Mühəndisliyi fakültəsinin dekanı
Əhmədrza Zolfəqəri – nüvə texnologiyaları üzrə baş tədqiqatçı
Seyyid Əmirhüseyn Fəqi – nüvə təhlükəsizliyi üzrə ekspert
Motəblizadə – elmi-tədqiqat müəssisəsinin rəhbəri
Məhəmməd Mehdi Təhrançi – nüvə fizikası üzrə professor
Fereydun Abbasi – İran Atom Enerjisi Təşkilatının sabiq rəhbəri və nüvə strateqiyası üzrə əsas fiqur
Bu itkilər İranın elmi və hərbi potensialı üçün ciddi zərbə hesab olunur. Hücumlar ölkə daxilində dərin rezonans doğurub və İranda cavab tədbirləri ilə bağlı gərgin müzakirələr aparılır. Rəsmi Tehran hücumları “terror aktı” adlandıraraq cavabın gecikməyəcəyini bəyan edib.
Musavat.com
14 Iyun 2025
13 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ