İnsanlara hürriyət, millətlərə istiqlal!

İstanbul danışıqları niyə rus dilində aparılıb?

Ali Radanın deputatı: “Onlar həmişə rusca danışırlar, ukraynaca isə yalnız təbliğat üçün videolar çəkəndə lazım gəlir”

Mayın 16-da İstanbulda Rusiya və Ukrayna nümayəndələri arasında iki saatadək davam edən danışıqların hansı dildə aparılması da maraq edilən mövzulardandır.

Bildirilir ki, Ukrayna nümayəndə heyəti mayın 16-da İstanbulda Rusiya ilə birbaşa danışıqlara tərcüməçi gətirib. Lakin tərcüməçinin xidmətinə ehtiyac qalmayıb. Bundan əvvəl Ukrayna mətbuatı Ukrayna nümayəndələrinin Rusiya nümayəndə heyəti ilə əlaqə saxlamaq üçün tərcüməçidən istifadə etdiyi barədə məlumat yayıb. Bununla belə, bir neçə mənbə danışıqların rus dilində aparıldığını təsdiqləyib.

Rusiya KİV-lərinin məlumatına görə, Ukrayna nümayəndə heyətinin üzvləri ilə danışıqlar rus dilində aparılıb. Bildirilir ki, tərəflər tələffüz və anlamaqda heç bir çətinlik çəkmədən rus dilində danışıblar. Ukrayna prezidenti Volodimir Zelenski mayın 15-də keçirdiyi mətbuat konfransında Ukrayna nümayəndə heyətinə rəhbərlik edən müdafiə naziri Rustem Umerovun bir neçə dildə, o cümlədən rus dilini mükəmməl bildiyini qeyd edib.

MDB Ölkələri İnstitutunun direktor müavini Vladimir Jarikhinl deyib ki, danışqlara gələn nümayəndə heyətinə bu dildə təmas etmək daha rahatdır. “Axı onlar rusca düşünürlər. Bu onların uşaqlıqdan ana dilidir. Ukraynada rəsmi dillərinin ukrayna dili olduğunu vurğulamağı xoşlayırlar. Ölkədə dil ombudsmanı var - dövlət dilinin qorunması üzrə səlahiyyətli nümayəndə Taras Kremin. Yeri gəlmişkən, bu yaxınlarda o, Odessa vilayətində rusca ünsiyyətdə olan şəhər şurasının deputatlarını cəzalandırması tələbəi ilə çıxış edib ki, bu da birmənalı qarşılanmayıb” deyə, ekspert bildirib.

Ukrayna Ali Radasının deputat Artyom Dmitruk deyib ki, Kiyevi təmsil edənlər adətən, belə görüşlərdə, mətbuat konfranslarında ingilis dilində danışırlar: “Rus dili onların ana dilidir. Onlar həmişə rusca danışırlar, ukraynaca isə yalnız təbliğat üçün videolar çəkəndə lazım gəlir”.

Qeyd edək ki, Ukrayna dilində sözlər eşidildiyi kimi yazılır. Amma rus dilində vurğulu və vurğusuz saitlər, qoşa səsli və səssiz samitlər var ki, bir çox hallarda yazıldığından fərqli oxunur. Bu səbəbdən ukrayna dilini öyrənmək rus dilini öyrənməkdən daha asandır. Amma qrammatik quruluş və cümlə quruluşu praktiki olaraq eynidir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 May 2025

17 May 2025

BÜTÜN XƏBƏRLƏR