İnsanlara hürriyət, millətlərə istiqlal!

Kadırovun bu görüntüsü ŞOK yaratdı - VİDEO

Çeçenistanın “Qroznıy” televiziya kanalı Ramzan Kadırovun Dövlət Avtomobil Müfəttişliyi (GAİ) rəisi İdris Çerxiqovla keçirdiyi görüşün videosunu yayımlayıb.

Musavat.com Rusiya mediasına istinadən xəbər verir ki, 35 saniyəlik videoda Kadırovun özü cəmi 2 saniyə görünür.

Videonun qalan hissəsində Çerxiqov, Rusiya və Çeçenistan gerbləri, Vladimir Putin və Axmat Kadırovun portretləri, Kadırovun köməkçisi Umer Daudov (ötən il Kadırovun cip maşınını itələməsi ilə bağlı video yayımlamışdı) və digər köməkçisi Əhməd Dudaev görünür.

Kadırovun görüntüsü 2 saniyə davam edir. O, bir nöqtəyə baxaraq duyğusuz ifadə ilə çeçen dilində nəsə deyir. Digər kadrlarda yalnız onun səsi eşidilir.

Kadırovun özünün “Telegram” kanalında da bazar günü Qroznıda tikinti işlərini yoxlaması ilə bağlı video yayılıb. Videonun dəqiq çəkilmə tarixi məlum deyil. Orada Kadırov daha emosional görünür — jestlər edir, hətta gülür. Amma avtomobili özü idarə etmir.

Qeyd edək ki, aprelin 8-dən sonra Ramzan Kadırov yalnız bir dəfə - 4 iyulda şəxsən iclas keçirib. O zaman belə izah etmişdi:

“Əgər sistem düzgün qurulubsa, hər gün iclas keçirməyə ehtiyac yoxdur. Adamı çağırmaq və ya telefonla göstəriş vermək kifayətdir – bizim sistem belə işləyir”.

O, sağlamlıq problemləri ilə bağlı şayiələri də təkzib etmişdi:

“Onların fikrincə, adam iclasa gəlmirsə, ya ölüb, ya da ölüm ayağındadır. Gözləməyin, elə olmayacaq”.

Buna baxmayaraq, “Novaya Qazeta Evropa” hələ 2019-cu ildə Kadırovun “mədəaltı vəzin nekrozu” diaqnozu aldığını yazmışdı. 2023-cü ilin sonunda vəziyyətinin sabitləşdiyi bildirilsə də, bu ilin əvvəlindən Çeçenistanda hakimiyyətin mümkün dəyişməsi üçün hazırlıqların getdiyi iddia olunur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR