Onlayn ictimai-siyasi qəzet
Ermənistanın həbsdə olan iş adamı Samvel Karapetyan seçkiqabağı yayımladığı bəyanatda ölkədə həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəlmiş iqtisadi layihələr həyata keçirməyi vəd edib.
Musavat.com xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Karapetyan istintaq təcridxanasından göndərdiyi müraciətdə Ermənistan vətəndaşlarının hakimiyyətin apardığı siyasət nəticəsində yaxşı həyata ümidini itirdiyini iddia edib.
Onun sözlərinə görə, Ermənistanın illik xarici ticarət balansının mənfi saldosu təxminən 4 milyard dollar təşkil edir.
Musavat.com
14 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ