Onlayn ictimai-siyasi qəzet
Amerikalı mühafizəkar jurnalist və teleaparıcı Taker Karlsonın yeni açıqlaması ictimai rezonansa səbəb olub.
Musavat.com xəbər verir ki, Karlson İsrail və Ukrayna ordularında xidmət etmiş ABŞ vətəndaşlarının vətəndaşlığının ləğv olunmasına çağırıb. Onun fikrincə, başqa ölkələrin ordularında könüllü xidmət edən şəxslər artıq Amerika vətəndaşı kimi qalmağa layiq deyillər.
“Əgər siz İsrailin və ya Ukraynanın ordusunda xidmət etmisinizsə, deməli, sizin loyal olduğunuz ölkə ABŞ deyil. Vətəndaşlığınız ləğv olunmalıdır. Bu, sadə və ədalətli yanaşmadır”, – deyə Karlson bildirib.
Qeyd edək ki, Taker Karlson ABŞ-da çoxsaylı izləyici auditoriyasına sahib olan nüfuzlu media fiqurlarından biridir və onun fikirləri tez-tez ictimai-siyasi müzakirələrə səbəb olur. Bu dəfəki çağırışı isə həm ABŞ-da, həm də beynəlxalq mediada geniş reaksiya doğurub.
Hazırda rəsmi dairələrdən Karlsonın təklifi ilə bağlı hər hansı mövqe bildirilməyib.
Musavat.com
25 Iyul 2025
24 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ