Onlayn ictimai-siyasi qəzet
Şimali Koreya rəhbəri Kim Çen In Ukraynadakı müharibədə Rusiyaya dəstəyini davam etdirəcəyini deyib.
Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, diktator bu vədi Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunu qəbul edərkən səsləndirib.
İyunun 4-də Kim Çen In Koreya İşçi Partiyası Mərkəzi Komitəsinin qərargahında Şoyqunu qəbul edib. Ölkənin rəsmi xəbər agentliyinin məlumatına görə, "yoldaş Kim Çen In əmin edib ki, KXDR hökuməti bütün ciddi beynəlxalq siyasi məsələlərdə, ilk növbədə Ukrayna ətrafında Rusiyanın mövqeyini və xarici siyasətini qeyd-şərtsiz dəstəkləməyə davam edəcək": “Yoldaş Kim Çen In ümid və əminliyini ifadə edib ki, Rusiya dövlətin suverenliyi, ərazi bütövlüyü və təhlükəsizlik maraqlarının qorunması kimi ədalətli müqəddəs işdə bundan sonra da qələbələr qazanacaq”.
Görüşdə bütün məsələlərdə “mövqelərin tam üst-üstə düşməsi” təsdiqlənib. Bildirilir ki, Şoyqu Putinin Kurskda Ukraynaya qarşı döyüşdüklərinə görə Şimali Koreya xalqına təşəkkürünü Kiç Çen Ina çatdırıb.
Musavat.com
07 Iyun 2025
06 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ