İnsanlara hürriyət, millətlərə istiqlal!

“Leman”ın baş redaktoru həbs olundu - FOTO

Türkiyədə peyğəmbərlərin karikaturasını dərc edən "Leman" jurnalının baş redaktoru Aslan Özdemir həbs edilib.

Musavat.com xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Məlumatda bildirilr ki, Fransadan İstanbula qayıdan jurnalist hava limanında saxlanılıb. Polis əməkdaşları Özdemiri birbaşa İstanbul ədliyyəsinə aparıb.

Baş redaktor barəsində "xalqı nifrət və düşmənçiliyə təhrik etmək və ya alçaltmaq" maddəsi ilə cinayət işi açılıb.

Məhkəmə Özdemir barəsində həbs qərarı çıxarıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR