Onlayn ictimai-siyasi qəzet
Müğənni Lətifə qara geyimdə obyektiv qarşısına keçib.
Müğənni həmkarı Kərim Abasovun ad günündə görünüşü ilə diqqət çəkib. Lətifə qlamur tərzini eynəklə tamamlayıb.
İfaçı daha sonra məclisdə qarşılaşdığı bir hadisəni izləyiciləri ilə bölüşüb.
"Dostumuz, istedadlı müğənni Kərim Abasovun ad günündə möhtəşəm bir axşam keçirdik. Orada müsahibə verirdim, hər şey çox gözəl idi. Amma axşamın sonunda baş verən bir an ürəyimdə iz qoydu. Bir oğlan uşağı kənardan dayanıb müsahibəmi izləyirdi. Sonda isə sakitcə yaxınlaşıb məni qucaqladı. Bu an mənim üçün saf məhəbbətin rəmzi oldu. Bir daha anladım ki, dünyanı məhəbbət xilas edir. Uşaqlara olan sevgi isə ən saf, ən müqəddəs sevgidir. Bu an mənə Allahın bizə verdiyi ən böyük nemətləri – sevgini və uşaqları xatırlatdı" deyə, Lətifə əlavə edib. (Axşam.az)
13 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ