Onlayn ictimai-siyasi qəzet
Məşhur müğənni-aktrisa Selena Qomezin sosial mediadan tez-tez uzaqlaşmasının səbəbi məlum olub.
Bu barədə o, “Allure” jurnalına müsahibəsində danışıb.
"Qadınlara qoyulan gözəllik standartları bu gün sosial mediada həddindən artıq şişirdilmiş və qeyri-realdır. İnsanların belə bir təcrübədən keçməsi mənə çox üzücü gəlir. Buna görə də mən sosial şəbəkələrə tez-tez fasilə verirəm. Çünki bəzi şeylər xüsusi işıqlandırılır və bu, başqalarının sanki daha yaxşı həyat yaşadığı təəssüratı yaradır. İnsan bu vəziyyətdə ilişib qala bilər. Ona görə də fasilə götürmək inanılmaz dərəcədə vacibdir. Qadınlara qarşı bu qeyri-real gözəllik standartları isə ümumiyyətlə mənasızdır. Məncə, hər kəs özündən qürur duymalı, özünü sevməli və bilməlidir ki, dünyada sənin kimi başqa biri yoxdur" deyə, sənətçi bildirib. (Axşam.az)
15 Sentyabr 2025
14 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ