İnsanlara hürriyət, millətlərə istiqlal!

Naxçıvanda avtomobil yoldan çıxaraq aşıb, yaralılar var

Naxçıvanda ağır yol qəzası baş verib.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə Naxçıvan-Ordubad magistralının Babək rayonu Nehrəm qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, 75-CB-211 dövlət nömrə nişanlı "KİA" markalı avtomobil yoldan çıxaraq aşıb.

Qəzada 1998-ci il təvəllüdlü Qələndərov Azər Asəf oğlu və onun sərnişini, 2003-cü il təvəllüdlü Əliyeva Sevinc Hüseyn qızı xəsarət alıblar.

Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriblər. Hadisə yerinə polis əməkdaşları cəlb olunub, fakt araşdırılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR