Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Polşanın Milli Təhlükəsizlik Bürosu NATO qüvvələrinin Polşaya yerləşdirilməsi ilə bağlı qərarın artıq qüvvəyə mindiyini açıqlayıb. Qərar prezident Andjey Navrotski tərəfindən təsdiqlənib.
Məlumata görə, söhbət NATO-nun “Şərq növbətçisi” adlı əməliyyatından gedir. Missiya 12 sentyabr tarixində alyansın şərq cinahında işə başlayıb. Bu addım 10 sentyabr gecəsi Rusiya Federasiyasına məxsus PUA-ların Polşanın hava sərhədini pozmasına cavab olaraq atılıb.
NATO Baş katibi Mark Rutte bildirib ki, əməliyyata bir neçə əsas müttəfiq qoşulub. Bunlara Daniya, Fransa, Böyük Britaniya və Almaniya daxildir. Qoşunların yerləşdirilməsi həm Polşanın təhlükəsizliyini təmin etməyə, həm də Rusiya təxribatlarına qarşı vahid cavab verməyə hesablanıb.
Musavat.com -a görə, bu missiya Rusiya ilə NATO arasındakı münasibətləri daha da kəskinləşdirəcək. Polşa rəhbərliyi son həftələr baş verən sərhəd insidentlərini milli təhlükəsizliyə birbaşa təhdid hesab edir və Alyansın dəstəyini həyati vacib sayır.
NATO-nun qərarı isə Qərbin Moskvanın sərhəd təxribatlarını cavabsız qoymayacağına dair açıq mesaj kimi qiymətləndirilir.
Musavat.com
15 Sentyabr 2025
14 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ