Onlayn ictimai-siyasi qəzet
ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə Bürosunun rəhbəri Brendan Hanrahanın İrəvana bu həftəki səfərində Ermənistana 145 milyon dollar ayrılacağı haqda bəyanatı erməni cəmiyyətində birmənalı qarşılanmayıb.
Musavat.com xəbər verir ki, xüsusilə sosial şəbəkələrdə, Teleqram kanallareında bu məbləğ haqda müxtəlif rəylər var. Bu şərhlərdə iddia olunur ki, Hanrahın İrəvandamn əvvəl səfər etdiyi Bakıda “pul söhbəti” edilməyib, əsas gündəm 907-ci düzəlişin birfələlik ləğvi yolları olub. “Konqreslə əməkdaşlıq çərçivəsində biz Ermənistana 145 milyon dollar ayırmağı planlaşdırırıq. Bu, "Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu" təşəbbüsü və avqustun 8-də onunla bağlı əldə olunmuş müvafiq razılaşmalar çərçivəsində maliyyənin ilk tranşıdır", - deyə o vurğulayıb.
Hanrahanın sözlərinə görə, vəsaitlər ticarət, infrastruktur, kritik vacib mineralların tədarük zəncirləri və transsərhəd təhlükəsizliyin təmin edilməsinə investisiyaların dəstəklənməsi üçün ayrılacaq.
Erməni fəallar narazıdırlar ki, niyə qapıları bağlanmış USAİD-in ermənilərə vəd etdiyi 250 milyon dollar deyil, 145 milyon verilir. Ermənilər yazır ki, Paşinyan hökumətinin üzvləri ayrılan vəsaiti təyinatı üzrə xərcləyəcək, yoxsa mənimsəyəcəklər. Məsələn, belə bir replika var: “Görəsən, iqtisadiyyat naziri Papoyana masaj kreslosu alacaqlarmı”? ABŞ-ın bununla nə əlaqəsi var? Onlar bizə sərhəd postları alacaqlar, yoxsa sərhədçilərimiz üçün Mayamiyə səfərlər?
Bir şey aydındır - ABŞ öz yeni çap olunmuş dollarlarının köməyi ilə Ermənistanın suverenliyinə çəngəllərinin çatacağı qədər dərindən nüfuz etmək niyyətindədir. Dövlət Departamenti müqavimətlə qarşılaşmayacağına kifayət qədər əmindir.
Erməni xəbisliyi, yaxşılığa pisliklə cavab vermək yenə də özünü göstərib. “Demək ABŞ erməni torpaqlarının, Azərbaycana verilməsinin konkret qiyməti – 145 milyon dollar müəyyən edilib. Belə olan halda belə görünür ki, Ermənistan onların əvəzini əlavə olaraq təbii sərvətlər və suverenlik qalıqları ilə ödəyəcək” deyə, sosial şəbəkələrdə yazılır.
Musavat.com
15 Sentyabr 2025
14 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ