Onlayn ictimai-siyasi qəzet
Londonda “Krallığı Birləşdirək” adlı mitinqdə yüz minlərlə insan iştirak edib.
Musavat.com xəbər verir ki, aksiya ultrasağçı fəal Tommi Robinson tərəfindən təşkil olunub.
Məlumata görə, mitinqlərdə təxminən 1,5 milyon nəfər iştirak edir.
Yürüş “Krallığı Birləşdirək” adı altında keçirilir. Minlərlə insan Temzanın cənub sahilində yerləşən Sazerk bölgəsində toplaşaraq paytaxtın mərkəzindəki Uaytholl hökumət kvartalına doğru irəliləyib.
Yürüşün son dayanacağının isə baş nazir Kir Starmerin iqamətgahının qarşısında yerləşən küçə olması planlaşdırılır.
Aksiya iştirakçıları ölkədə islamlaşmaya və müsəlman ölkələrindən miqrantların qəbuluna etirazlarını bildiriblər. Aksiyaların səbəbi isə sentyabrın 5-də müsəlman qadın Şabana Mahmudun daxili işlər naziri vəzifəsinə təyin olunması olub.
Musavat.com
14 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ