İnsanlara hürriyət, millətlərə istiqlal!

Mask dediyindən dönmür: Söz verdiyiniz materialları dərc edin...

İlon Mask yenidən ABŞ prezidenti Donald Trampı maliyyəçi Ceffri Epşteynin işi ilə bağlı materialları dərc etməyə çağırıb.

Musavat.com xəbər verir ki, milyarder bu barədə X hesabında yazıb: "O (Tramp – red.) həmin çağırış zamanı bir neçə dəfə "Epşteyn" dedi ki, hamı Epşteyn haqqında danışmağı dayandırsın. Sadəcə, söz verdiyiniz kimi materialları dərc edin".

Mask ilk dəfə deyil ki, bu iş haqqında məlumatın dərc olunmasını tələb edir. O, Ağ Ev Epsteyn işi ilə bağlı materialları dərc etməsə, ABŞ prezidentinə etibar edilə biləcəyinə şübhə edib.

İyulun 6-da Axios portalı ABŞ Ədliyyə Nazirliyi və Federal Təhqiqat Bürosu birlikdə Epsteyn tərəfindən nüfuzlu şəxslərin mümkün şantajına, onun müştərilərinin siyahısının mövcudluğuna və ya onun qətli ilə bağlı versiyanın hər hansı təsdiqinə dair sübut tapmadığını bəyan ediblər. Ağ Evin mətbuat katibi Karolin Levitt brifinqdə bildirib ki, Epsteynin ədliyyə nazirinin əvvəllər qeyd etdiyi “müştərilər siyahısı” mövcud deyil.

Xatırladaq ki, Trampın özü və komandasının üzvləri seçki kampaniyası zamanı dəfələrlə Epşteyn işi üzrə aparılan istintaq sənədlərinin məxfiliyini ləğv edəcəklərini və bu hekayədə maksimum şəffaflığın təmin olunacağını vəd ediblər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Iyul 2025

15 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR