İnsanlara hürriyət, millətlərə istiqlal!

"Mərdanın adını unutdum, ona görə elə dedim"

Müğənni Mərdan Kazımov Cabbar Musayevin "Mərdan mahnımı oxuyan zaman məndən icazə almayıb" sözlərinə cavab verib.

Sənətçi həmin açıqlamadan sonra C.Musayevlə əlaqə saxladığını deyib. O bildirib ki, C.Musayevdən icazə alıb və müqavilə bağlayıb:

"Xəbəri görən kimi Cabbar əmi ilə əlaqə saxladım. Dedi ki, sənin adını unutmuşdum, amma sonra xatırladım. İndiyə kimi heç bir mahnını icazəsiz oxumamışam. Mahnının müəlliflərindən, müəlliflər yaşamırsa, ailə üzvlərindən imzalı icazə alırıq. Çünki çalışdığım şirkət icazə müqaviləsi olmasa, mahnını lentə almır. Cabbar bəylə də studiasında görüşüb, imzalı kağız almışıq. Fotomuz da var. İş günü deyil deyə müqavilə kağızını şirkətdən götürə bilmədim. Bunu yalnız şirkət istəyir deyə etmirəm, müəlliflərə, zəhmətə hörmətdən edirəm.

Hətta mahnıları ifa edən sənət adamları ilə də danışıram, hallalıq alıram".

Cabbar Musayev də sonrada açıqlama verib və bildirib ki, "Başqa birisini sevə bilməzsən" mahnısına icazə verib. O əlavə edib ki, verilişdə Mərdanın adını unudub.  (Axşam.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR