Onlayn ictimai-siyasi qəzet
49 yaşlı müğənni Ceylan son zamanlar medianın gündəminə mahnıları ilə deyil, etdirdiyi plastik əməliyyatları ilə gəlir.
Lent.az-ın xəbərinə görə, tez-tez imajını dəyişdiyi üçün tanınmaz olan Ceylanı istirahət etdiyi Bodrumda tanımayıblar. Bu barədə müğənni özü məlumat verib.
“Üzümü o qədər dəyişdirmişəm ki, artıq telefonum belə məni tanımır, insanları necə qınayım”,- deyə o qeyd edib. Müğənni Bodruma öz yaxtası ilə gəldiyini bildirib.
Sosial şəbəkə hesabında yaxtasından görüntülər paylaşan Ceylan “bu minnoşu ötən il sərgidən aldım, milyonluqdur” yazıb.
19 May 2025
18 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ