İnsanlara hürriyət, millətlərə istiqlal!

Milli Məclis önündə insident - İdmançı “Lexus”la xanım sürücünün qarşısını kəsib

Bakıda “Lexus” sürən idmançı yolda mübahisə etdiyi xanım sürücünü təqib edərək Milli Məclisin qarşısında onu təhqir edib.

Musavat.com xəbər verir ki, Cabbar Quliyev (ad və soyad şərtidir) yolda idarə etdiyi “Lexus” markalı avtomobillə hərəkətdə olan zaman “Changan” markalı avtomobili idarə edən xanım sürücü onun hərəkət yoluna çıxıb.

Bu zaman xanımla mübahisə edib. Hər ikisi bir-birinə irad olaraq “kor” deyib.

Günah xanım sürücüdə olub. Xanım sürücünün dediyinə görə, üzr istəmək istəyəndə Cabbar onu təhqir edib. O da Cabbara cavab verərək yoluna davam edib. Lakin Cabbarın qəzəbi bununla soyumayıb və xanım sürücünün arxasınca gedərək Milli Məclisin qarşısında ona çatıb, avtomobili ilə yolunu kəsib. Xanım sürücü avtomobildə qızı da olduğu üçün qorxub. Onlar arasındakı sözlü mübahisə orada da davam edib.

Xanım sürücü polisə müraciət edib. Cabbar xırda xuliqanlıqda təqsirli bilinib və 50 manat cərimə edilib. Cabbar keçmiş idmançı olduğunu, hazırda “Şüşəli bazar”da işlədiyini deyib. O, özünü təqsirli bilmədiyini söyləyib.

Xanım sürücü isə Cabbara daha ağır cəza verilməsini, həbs edilməsini istəyib.

İ.Muradov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR