Onlayn ictimai-siyasi qəzet
Xalq artisti Miri Yusif şəhid övladları ilə bir araya gəlib.
Musavat.com xəbər verir ki, bu il orta məktəbi müvəffəqiyyətlə bitirən məzun şəhid övladları üçün məzun günü tədbiri təşkil olunub.
Tədbirin bədii hissəsində Xalq artisti Miri Yusif çıxış edib. Ard-arda sevilən mahnılarını səsləndirən Xalq artisti öz ifaları ilə məzun şəhid övladlarına duyğu dolu və əyləncəli anlar yaşadıb.
“Şəhid övladlarının yanında olmaq bizim ömürlük borcumuzdur. Mən də bu tədbirə dəvət alanda çox sevindim. Çünki balalarımızın sevgisi mənim üçün dəyərlidir”, - deyə Miri Yusif bildirib.
Tədbirdən sonra Miri Yusif onlarla xatirə fotoları çəkdirib.
Könül
Musavat.com
14 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ