İnsanlara hürriyət, millətlərə istiqlal!

Modriç "Real Madrid"dən Ardaya görə göndərilib?

Luka Modriç cari mövsümün sonunda "Real Madrid"dən ayrılacaq.

"Real Sosyedad"la matç onun "kral klubu"nun forması ilə son oyunu olacaq.

İspaniyanın "AS" nəşri bu ayrılıqda Arda Güler faktorunun da rol oynadığını yazıb. Madrid təmsilçisi Modriçin gənc yarımmüdafiəçilərin inkişafını ləngidə biləcəyini düşünürlər.

"Real Madrid"in rəhbərliyi xorvatiyalı futbolçu ilə yollarına ayırmaqda məqsədi Ardanın inkişafına dəstək verməkdir.

20 yaşlı futbolçunun bu mövsüm İspaniya klubunda keçirdiyi 1683 dəqiqənin kifayət etmədiyi və gözlənilən sıçrayışı etmək üçün onun daha çoxuna ehtiyac olduğu düşünülür.

Xəbərdə eyni zamanda "Arda Güleri Modriçə çevirmək riskli səslənsə də” ifadəsi də yazılıb.

Türkiyəli futbolçu cari mövsümdə 41 oyunda 5 qol vurub və 9 məhsuldar ötürmə edib. (Offsideplus.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 May 2025

24 May 2025

BÜTÜN XƏBƏRLƏR