İnsanlara hürriyət, millətlərə istiqlal!

"Nə Pərvizin, nə də Aqşinin sözü itidir" - Tərlan onları tənqid etdi

 
 
"Rəngarəng" verilişində qonaq olan meyxanaçı Tərlan Novxanılı canlı efirdə gündəm yaradacaq açıqlama verib.
 
Musavat.com xəbər verir ki, Tərlanın həmkarları Pərviz Bülbülə və Aqşin Fateh haqqında səsləndirdiyi fikirlər yeni qalmaqalın əsasını qoyacaq.
 
O, özünü Pərviz Bülbülə ilə müqayisə etmək istəmədiyini deyib:
 
"Mənə görə, nə Pərviz Bülbülənin, nə də Aqşin Fatehin sözü qılınc kimi itidir. Aqşin məndən inciyə bilməz, amma Pərviz özü bilər, inciyir, incisin. Mən heç özümü Pərvizlə müqayisə belə etmərəm. İnsan gərək nədirsə, o olsun. Mən olduğum kimiyəm. Efirdə haqdan danışıb, qıraqda haqq kəsənlik etmərəm".
 
Könül
Musavat.com 
 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR