İnsanlara hürriyət, millətlərə istiqlal!

Netanyahu: “İsrail Qolan təpələrini tərk etmir”

İsrailin baş naziri Binyamin Netanyahu Qolan təpələrindən çıxmaq barədə yayılan xəbərləri qətiyyətlə təkzib edib.

Musavat.com xəbər verir ki, onun sözlərinə görə, bu iddialar həqiqəti əks etdirmir:

“Bu, cəfəngiyatdır. Bu barədə danışanlar — Qolanda mövcudluğumuzu möhkəmləndirmək və Suriyada mümkün döyüşlərə hazırlaşmaq üçün heç vaxt heç nə etməmiş solçu siyasətçilərdir”.

Baş nazirin bəyanatından sonra müdafiə naziri İsrail Kats da mövzuya münasibət bildirib. O, Qolan təpələrindəki israilli hərbçilərlə çəkilmiş fotosunu paylaşaraq belə yazıb:

“Biz Hermondan heç yerə getmirik”.

Qeyd edək ki, bundan əvvəl ABŞ-ın sabiq administrasiyasından yüksəkvəzifəli bir məmur İsrail və Suriya arasında təhlükəsizlik sazişinin demək olar ki, hazır olduğunu və yaxın iki həftə ərzində elan ediləcəyini bildirmişdi. Onun sözlərinə görə, əsas müzakirə olunan məsələlər — razılaşmanın açıqlanma vaxtı və Suriyadakı daxili siyasi vəziyyətlə bağlı məqamlar olaraq qalır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR