İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda sənaye zonalarına investisiyaların həcmi açıqlandı

Azərbaycan qeyri-neft sektorunun sənayeləşməsini sənaye zonaları vasitəsilə təmin edib.

Bunu Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda panel müzakirəsi zamanı iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli deyib.

“Hazırda sənaye zonalarımızda 170-dən çox müəssisə qeydiyyatdan keçib. Bu zonalara 4 milyard dollardan artıq sərmayə qoyulub və 10 min nəfərdən çox iş yeri yaradılıb”,- deyə nazir müavini əlavə edib.

S.Bəşirli sənaye üçün əlverişli mühit yaratmağın önəmli olduğunu vurğulayıb:

“Bu isə sabit makroiqtisadi mühit, rəqabətədavamlı vergi sistemi, gömrük prosedurlarının sadələşdirilməsi deməkdir. Amma biz anlayırıq ki, investisiya boşluğunu doldurmaq üçün xarici birbaşa investisiyalar ilə ciddi işləməli və ölkəmizə xarici investisiyalar cəlb etməliyik”.//apa

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR