İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ: Putindən hadisə kimi yeni açıqlamalar

Rusiya prezidenti Vladimir Putin bu gün Moskvada Təhlükəsizlik Şurasının iclasında Qərbə qarşı sərt bəyanatlar səsləndirib.

Musavat.com xəbər verir ki, o, strateji sabitlik sahəsində vəziyyətin “getdikcə pisləşdiyini” bildirərək Qərbin atdığı addımların nüvə dövlətləri arasında konstruktiv münasibətlərin əsasını sarsıtdığını iddia edib.

Putin açıqlamasında bir daha hərbi ritorikaya üstünlük verib:

“Orta və qısa mənzilli raketlərin yerləşdirilməsi ilə bağlı moratoriumdan imtina məcburi addımdır. Rusiya hər hansı mümkün təhdidlərə hərbi güclə cavab verməyə hazırdır. Öz çəkindirici qüvvələrimizin etibarlılığına əminik”.

O, ABŞ-la imzalanmış sazişlərin demək olar ki, tamamilə dağıdıldığını vurğulayıb və Vaşinqtona yeni “təklif” irəli sürüb. Putinin sözlərinə görə, Rusiya 2026-cı il fevralın 5-dən sonra, əgər ABŞ da eyni addımlar atarsa, bir il müddətində DSNV (Strateji Hücum Silahlarının Azaldılması Müqaviləsi) çərçivəsindəki say məhdudiyyətlərinə əməl etməyə hazırdır. Bununla yanaşı, ABŞ-ın kosmosa silah yerləşdirməsini strateji sabitliyə zərbə kimi qiymətləndirib.

Musavat.com-un qənaətinə görə, Putin əslində yenidən silahlanmadan, hərbi gücdən, nüvə çəkindiricisindən danışmaqla həm öz ölkəsini, həm də bütün regionu gərginlikdə saxlayır. Onun ritorikası artıq təkcə Qərbə deyil, Rusiyanın özündə də müxalif ruhlu situasiya yaradır. Gərginliyi azaldacaq addımlar əvəzinə Kreml rəhbəri siyasi-diplomatik çıxış yolu deyil, hərbi və dağıdıcı yanaşmanı qabardır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR