Onlayn ictimai-siyasi qəzet
Türkiyə ilə münasibətlərin tənzimlənməsi Ermənistan xarici siyasətinin prioritetlərindən biri olaraq qalır.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə sentyabrın 22-də NATO Parlament Assambleyasının “Rouz-Rot” seminarında çıxışı zamanı parlamentin vitse-spikeri, Ankara ilə danışıqlarda xüsusi nümayəndə Ruben Rubinyan bildirib.
“Türkiyə tərəfi ilə dialoqumuz davam edir və biz əminik ki, mehriban qonşuluq münasibətləri qurmaq üçün bu tarixi fürsəti əldən vermək olmaz. Münasibətlərin tənzimlənməsi təkcə regionumuza sabitlik və firavanlıq gətirməyəcək, həm də dialoq və diplomatiya yolu ilə uzunmüddətli ziddiyyətlərin dəf oluna biləcəyini göstərərək qlobal təhlükəsizliyin möhkəmlənməsinə töhfə verəcək. Ümid edirik ki, Türkiyə bizim diplomatik münasibətlərin qurulması və sərhədlərin açılması istiqamətində hazır olmağımıza tez bir zamanda cavab verəcək. Biz buna bu gün də hazırıq”, - deyə Rubinyan vurğulayıb.
Musavat.com
22 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ