Onlayn ictimai-siyasi qəzet
Müğənni Səidə Sultan aylar sonra yeni layihəsini təqdim edib.
Musavat.com xəbər verir ki, sənətçi “Ey Dostum” adlı mahnısını və klipini tamaşaçılarla bölüşüb. Bu layihə onun musiqi karyerasında yeni bir səhifə açmaq məqsədini daşıyır. Mahnının sözləri və musiqisi diqqətlə seçilmiş, ritmik və dinamik melodiyası ilə dinləyicilərin yaddaşına həkk olunacaq şəkildə hazırlanıb.
Klipin rejissorluğu Xəyal Səlimova həvalə edilib. Onun yaradıcı yanaşması və estetik baxışı sayəsində klip vizual olaraq da izləyicilərdə güclü təəssürat yaradır. Fərqli obrazları və özünəməxsus ifa tərzi ilə hər zaman diqqət çəkən Səidə Sultan, bu dəfə də musiqi və vizual təqdimat baxımından yenilikçi bir üslub seçərək sənətsevərləri heyrətləndirməyi bacarıb.
Könül
Musavat.com
22 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ