Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, İsrailin İrana qarşı başlatdığı hərbi əməliyyatların fonunda İslam respublikasının cavabları da hər kəsdə heyrət doğurub. İranın hava sahəsi müqavimətsiz olsa da, onun raket ehtiyatları və texniki səviyyəsi gözləndiyindən yüksək olub.
Bəs, eləsə, İran 13 iyundan bu yana İsrailə nə qədər raket və dron atıb?
Bu sualın cavabı İsrail tərəfdə imiş - hamısını sayırlar.
İsrailin Baş naziri Benyamin Netanyahunun ofisinin verdiyi rəsmi məlumata görə, hərbi əməliyyatların başlanmasından bu günədək İran tərəfindən İsrail ərazisinə 500-dən çox raket və 1000-dən artıq pilotsuz uçuş aparatı (PUA) buraxılıb.
Netanyahu administrasiyası qeyd edir ki, bu hücumlar nəticəsində İsrail vətəndaşları arasında yaralananların sayı 1361 nəfərə çatıb. Hücumlar əsasən Tel-Əviv, Hayfa və İsrailin mərkəzi bölgələrini əhatə edib. Bəzi PUA-lar hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilsə də, bir qismi yaşayış məntəqələrinə çataraq dağıntılar və yanğınlara səbəb olub.
İran və İsrail arasında artan qarşıdurma təkcə Yaxın Şərqdə deyil, bütün dünyada narahatlıq doğurur. Hücumların intensivliyi və itkilərin artması fonunda, tərəflərin növbəti addımları və beynəlxalq vasitəçilərin rolu həlledici olacaq.
Musavat.com
23 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ